AZ

Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib

Cəlilabad rayonunda məktəblilər arasında baş verən mübahisə bir nəfərin ölümü ilə nəticələnib. Bu barədə məlumatı APA-nın cənub bürosu yayıb.

Hadisə Xəlilabad kənd məktəbində qeydə alınıb. Məlumata görə, 17 yaşlı şagird sinif yoldaşına bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 16-sı saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi) şəxs xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. 

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb.

Seçilən
46
anews.az

1Mənbələr