AZ

Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı

Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldıBu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
10
sonxeber.az

10Mənbələr