AZ

“Qəbələ”nin futbolçusu dünya çempionatında

“Qəbələ” gənc futbolçusu Salihu Nasiru FİFA U-20 dünya çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, 18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

İdman.biz

Seçilən
44
8
idman.biz

10Mənbələr