AZ

Rusiya səfiri Danimarka XİN-ə çağırılıb

Rusiya səfiri Vladimir Barbin Polşadakı dron insidenti ilə bağlı Danimarkanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Veteninfo.az  xəbər verir ki, bu barədə səfirliyin “Telegram” kanalında məlumat yayılıb.

“15 sentyabrda Danimarkadakı Rusiya səfiri Vladimir Barbin Polşanın hava məkanının Rusiya pilotsuz uçuş aparatları tərəfindən qəsdən pozulduğu iddiası ilə bağlı Danimarkanın Xarici İşlər Nazirliyinə çağırılıb”, — Telegram kanalında yerləşdirilən məlumatda bildirilir.

Rusiya səfiri Danimarkanın xarici siyasət üzrə dövlət katibi Lotte Maçonun diqqətinə Rusiyanın Müdafiə Nazirliyinin Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazır olduğunu çatdırıb.

Rusiyalı diplomat bildirib ki, “NATO ölkələrinin hadisəyə görə Rusiyanı tələsik günahlandırması və Rusiya ilə sərhəd olan dövlətlərdə hərbi mövcudluğunu artırması gərginliyin daha da artmasına xidmət edir və alyans ölkələrinin Ukraynadakı münaqişənin davam etməsini istədiyini göstərir”.

Seçilən
46
9
veteninfo.az

10Mənbələr