AZ

Qətər: Qəzza bizdən ötrü ikinci plandadır

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu sözləri Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari yerli jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, rəsmi Doha artıq bütün diqqətini ölkənin suverenliyini qorumağa yönəldib. "Artıq əsas işimiz İsrailin gələcəkdə mümkün hücumuna cavab vermək, belə bir hücumun təkrarlanmaması üçün lazımi tədbirləri görməkdir. Bütün digər siyasi məsələlər hazırda ikinci dərəcəli əhəmiyyətə malikdir", – sözçü deyib.

Tramp: "Qətərlə ehtiyatlı davranın" | VİDEO

Xatırladaq ki, ötən günlərdə İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb. Məlumat üçün bildirək ki, hər iki ölkə: Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqləri sayılır. Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azvision.az

2Mənbələr