Onun sözlərinə görə, nəşr
onilliklər ərzində “sevimli prezidentiniz haqqında yalan danışır”
ABŞ Prezidenti
Donald Tramp “The New York Times” qəzetini böhtan və təhqirə görə məhkəməyə 15
milyard dollarlıq iddia vermək qərarına gəldiyini açıqlayıb.
“Bu gün mən “The
New York Times”-a qarşı 15 milyard dollarlıq böhtan və təhqirlə bağlı 15
milyard dollarlıq məhkəmə iddiası verməkdən böyük şərəf duyuram” - deyə o, Truth
Social social şəbəkəsində yazıb.
Tramp bu qəzeti “ölkəmizin tarixində ən pis və tənəzzülə
uğramış qəzetlərdən biri” hesab edir.
Prezidentin dediyinə görə, nəşr “sevimli prezidentiniz (mən!),
mənim ailəm, biznesim, “Amerikanı yenidən möhtəşəm edin” hərəkatı və bütövlükdə
ölkəmiz haqqında onilliklər boyu yalan danışır”.
Ağ Evin rəhbəri
hesab edir ki, “The New York Times” “radikal sol Demokrat Partiyasının
ruporudur”.
İddiaya Florida ştatında baxılacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”