AZ

Birinə SOCAR da, birinə nazirlikdə vəzifə söz verdi Bakıda külli miqdarda DƏLƏDUZLUQ

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda bir neçə nəfərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, 40 yaşlı Tərtər rayon sakini Fərhad Əsədov (ad və soyad şərtidir) bir neçə nəfərə özünü mötəbər əlaqələrə malik şəxs kimi təqdim edib. Bu yolla onlara MİDA-dan mənzil və sosial müavinət almaqda, eləcə də işə düzəlmələrində kömək edəcəyinə söz verib.

Belə ki, bir nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəftərxana müdiri, bir nəfəri Bakıdakı zavodların birinə fəhlə, bir nəfəri isə SOCAR-da işə düzəlməsinə kömək edəcəyinə inandırıb.

Bunlardan əlavə, bir zərərçəkəni Yasamaldakı MİDA binalardan mənzil almaq, digərinə isə sosial müavinət düzəltməyi söz verib. Bu vədlərin qarşılığı isə təbii ki, pulsuz olmayıb. Fərhad zərərçəkənlərdən ümumilikdə 20 min 645 manat pul alıb.

Lakin verdiyi vədin heç birinə əməl etməyib və aldandığını görən zərərçəkənlər polisə üz tutublar. Nəticədə Fərhad saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Fərhad Əsədov cəzasını ümumi rejimli həbsxanada çəkməklə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
lent.az

1Mənbələr