Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanparlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın KualaLumpur şəhərinə səfərə gəlib.
Kuala Lumpur beynəlxalq hava limanında nümayəndə heyətiniSenatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed,Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasınınkatibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakısəfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya DövlətləriAssosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı BaşAssambleyasının sessiyasında iştirak edəcək.
Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edənparlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlərinəzərdə tutulub.