AZ

U-15 millimiz Monteneqro yığması ilə heç-heçə etdi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

"Unikal" xəbər verir ki, yığma Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

Seçilən
50
16
unikal.az

9Mənbələr