GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Entoni Albanizə avstraliyalı jurnalistdən şikayət edəcəyini bildirib. Buna səbəb reportyorun ünvanladığı “mövcud prezidentin bu qədər biznes fəaliyyəti ilə məşğul olması doğrudurmu?” sualıdır.
Globalinfo.az xəbər verir ki, Tramp cavabında qeyd edib ki, biznes fəaliyyəti ilə özü yox, övladları məşğul olur.
Daha sonra Tramp jurnalistin avstraliyalı olduğunu öyrənəndə belə deyib:
“Hazırda siz Avstraliyaya çox böyük zərər vurursunuz. Mən bunu sizin liderinizə deyəcəm”.
Jurnalistin “Nəyi nəzərdə tutursunuz?” sualına Tramp əsəbi şəkildə “Sus” cavabını verib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.