AZ

“İnter” və “Milan” şəhər rəhbərliyi ilə “San-Siro”nun alınması barədə razılığa gəlib

Milanın meri Cüzeppe Sala şəhərin iki ən böyük klubu – “İnter” və “Milan”la onların ortaq stadionu “San-Siro”nun satışı barədə razılıq əldə edildiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "RTL 102.5" merin fikirlərini belə çatdırıb:

“Əgər sabah (sentyabrın 17-də) hər şey yolunda getsə, stadionun satışı ilə bağlı qətnamə hazırlayaraq şəhər şurasına təqdim edəcəyik. Artıq klublarla razılıq əldə olunub.

UEFA xəbərdarlıq edib ki, əgər “San-Siro” hazırkı vəziyyətdə qalarsa, Milan 2032-ci il Avropa çempionatına ev sahibliyi namizədləri arasında nəzərdən keçirilməyəcək. Bu səbəbdən stadion 2031-ci ilə qədər hazır olmalıdır. Qətnamə layihəsi irəli sürüləcək, sonra isə məsələ şəhər şurasında müzakirəyə çıxarılacaq. Əvvəlcə komissiyalarda baxılacaq, daha sonra qərar qəbul olunacaq. Mən məsələni şəffaf şəkildə təqdim edib qərarın lehinə səs verəcəyəm. Yekun sözü isə şəhər şurası deyəcək. Bütün proses ayın sonunadək başa çatacaq”

Seçilən
28
90deqiqe.az

1Mənbələr