AZ

Almaniyada investor inamının bərpası müşahidə olunur

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnvestorların Almaniyanın iqtisadi mənzərəsinə olan inamı sentyabr ayında gözlənilmədən yaxşılaşaraq Avropanın ən böyük iqtisadiyyatının uzunmüddətli durğunluğu geridə qoyduğuna dair ümidləri dəstəkləyib.

Banco.az xəbər verir ki, "ZEW” institutunun proqnoz indeksi sentyabrda 37,3 səviyyəsinə yüksəlib. Avqust ayında indeks 34,7 olaraq qeydə alınmışdı.

"Bloomberg" sorğusunda iştirak edən analitiklər avqustdakı kəskin enişin ardından indeksin 25-ə düşəcəyini gözləyirdilər. Cari vəziyyətə dair indeks isə gözləntilərə uyğun olaraq azalıb.

"ZEW" rəhbəri Ahim Vambax açıqlamasında bildirib: “Maliyyə bazarı mütəxəssisləri ehtiyatlı bir nikbinlik içindədir və ZEW göstəricisi sabitləşib, lakin iqtisadi vəziyyət pisləşib. ABŞ-ın tarif siyasəti və Almaniyanın 'islahatların payızı' ilə bağlı qeyri-müəyyənlik davam edərkən, hələ də ciddi risklər mövcuddur.”

"ZEW" xüsusilə avtomobil sektoru, kimya və dərman sənayesi, həmçinin metal sənayesində ixracyönlü sahələrdə mənzərənin yaxşılaşdığını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
banco.az

2Mənbələr