Ajans.az xəbər verir ki, bu barədə üsyançıların sözçüsü Yəhya Sariya bildirib. Bildirilib ki, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilib. "Əməliyyat öz məqsədinə uğurla çatdı", - deyə o qeyd edib. Y.Sariya həmçinin bildirib ki, üsyançı qüvvələr İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

Hər iki hücum İsrailin Yəmənin Hodeydə limanına endirdiyi aviazərbələrdən qısa müddət sonra həyata keçirilib.