AZ

Ruben Amorim qovulsa bu qədər təzminat alacaq

“Mançester Yunayted” klubu baş məşqçi Ruben Amorimin işdən çıxarılması təqdirdə ona 13,8 milyon avro təzminat ödəməli olacaq.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, bu şərt portuqaliyalı mütəxəssisin vəzifəyə təyin olunduğu tarixdən etibarən bir il keçənə qədər qüvvədədir. Bundan əlavə, Amorimin məşqçi heyəti də ayrılıq təzminatı alacaq. 

Amorim “qırmızı şeytanlar”la 1 noyabr 2024-cü il tarixində iki illik müqavilə imzalayıb, bu müqavilə bir mövsüm uzadıla bilər.

Mənbənin vurğuladığına görə, 40 yaşlı mütəxəssisin illik maaşı 7,4 milyon avro təşkil edir.

Daha əvvəl KİV-də yayılan xəbərlərə əsasən, “Mançester Yunayted” rəhbərliyi Amorimi növbəti üç İngiltərə Premyer Liqası matçında qeyri-məqbul nəticələr əldə etdiyi təqdirdə vəzifəsindən kənarlaşdıra bilər.

Seçilən
58
90deqiqe.az

1Mənbələr