AZ

Yük və minik avtomobilləri toqquşdu — Yaralılar…

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Bəylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Beyləqan rayon sakinləri – 1982-ci il təvəllüdlü Fuad Babayev, 1988-ci il təvəllüdlü Əli Hüseynov, 1982-ci il təvəllüdlü Ramil Qasımov və 1987-ci il təvəllüdlü Rahib Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
4
konkret.az

10Mənbələr