AZ

Qurbanov Benfika zəfərinin sirrini açdı: Futbolçularıma dedim ki...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qarabağ” futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bunu “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Benfika”ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbədən danışıb:

“Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində, bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. “Benfika”ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Rəqib topla çox yaxşı rəftar etməyi bacarır. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. “Benfika”ya qarşıdakı matçlarda uğurlar arzu edirəm”.

O, bu cür görüşlərdə qazanılan qələbələrin asan başa gəlmədiyini bildirib:

“Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çempionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
17
globalinfo.az

10Mənbələr