AZ

AFFA prezidenti "Qarabağ"a təbrik edib

AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, R.Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan "Qarabağ" Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram.

Təbriklər!!!", - o, paylaşımda yazıb.

İdman.biz

Seçilən
61
17
idman.biz

10Mənbələr