AZ

“Benfika”nın baş məşqçisi: “Məğlubiyyətin səbəbini əsaslandırmaq çətindir”

“Benfika”nın məğlubiyyətinin səbəbini əsaslandırmaq çətindir.

Tribunainfo.az-ın məlumatına görə, bunu Portuqaliya klubunun baş məşqçisi Brunu Laje mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

“Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Düşünürəm ki, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır”.

O, portuqaliyalı jurnalistin “hələ də işinizə davam etmək istəyirsiniz?” – sualına bu cür cavab verib:

“Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın final fitindən sonra yerli azarkeşlər meydanı tərk edən Brunu Lajeyə ağ bayraq göstərərək, onun istefa verməsini tələb ediblər.

Seçilən
53
6
tribunainfo.az

7Mənbələr