AZ

Real ın ulduzunun sevgilisi ilə istirahət FOTOları gündəm oldu

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Serbiya ilə gərgin oyundan əvvəl ciddi məşq edərkən, Cud Bellinqqm 27 yaşlı model sevgilisi Eşlin Kastro ilə Sardiniyada əla vaxt keçirib.

Milli.Az-ın xəbərinə görə, "Real"ın 22 yaşlı yarımmüdafiəçisi çiynindən əməliyyat olunduqdan sonra iyul ayından bəri sıradan çıxıb və istirahətdən maksimum yararlanır.

Cütlük sevgilərini çimərlikdə nümayiş etdirməkdən çəkinməyiblər.

Eşlinin Cud ilə münasibətlərinin başlanğıcı, müşayiət xidmətləri veb saytında keçmişi ilə bağlı şayiələrlə kölgədə qalıb. Bu, dörd aydır sosial mediadan istifadə etməməsinə səbəb olub. Şayiələr Eşlini Hollivud aktyorları Maykl B. Cordan və Ceymi Foks, "Formula-1" yarışçısı Lyuis Hamilton və NBA ulduzları Lamelo Ball və Terense Mann ilə əlaqələndirib. / lent.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
news.milli.az

3Mənbələr