AZ

Ermənilər livanlı muzdlu haqda yenə yalan xəbərlər yayır

Ermənistan teleqram kanallarında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair əsassız iddialar yenidən gündəmə gətirilib.

“Qafqazinfo”nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, muzdlu terrorçu barədə erməni KİV-ində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Livanlı muzdlu barəsində bundan əvvəl də Ermənistan mediasında oxşar iddialar yayılsa da, həmin xəbərin yalan olduğu məlum olmuşdu.

Seçilən
29
sportinfo.az

1Mənbələr