Mütəxəssislərin sözlərinə görə, düzgün istifadə qaydalarına əməl etməklə smartfonların batareya ömrünü ən azı 3 il uzatmaq mümkündür.
Milli.Az sizə əsas qaydaları təqdim edir:
Tam boşalmasına imkan verməyin: Batareyanı sıfıra endirmək ömrünü qısaldır.
%20-80 aralığında saxlayın: Daim tam doldurmaq əvəzinə orta səviyyədə saxlamaq daha faydalıdır.
Yüksək temperaturdan qoruyun: İstilik batareyaya ən çox ziyan vuran faktordur. Telefonu günəş altında və ya isti mühitdə saxlamayın.
Orijinal şarj cihazı istifadə edin: Keyfiyyətsiz adapterlər batareyaya zərər verə bilər.
Fon tətbiqlərini idarə edin: Lazımsız proqramların işləməsi həm enerji sərfini artırır, həm də batareyanı yükləyir.
Sürətli şarjdan az istifadə edin: Rahat olsa da, uzunmüddətli istifadədə batareyanın sağlamlığına mənfi təsir göstərir.
Bu qaydalara əməl etməklə telefonun batareyasından uzun müddət problemsiz istifadə etmək olar.
Milli.Az