AZ

"Microsoft" Böyük Britaniyaya 30 milyard dollar sərmayə qoyacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın texnologiya nəhəngi "Microsoft" 2028-ci ilə qədər süni intellekt infrastrukturuna və Böyük Britaniyada davam edən əməliyyatlara 30 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, “Microsoft”un vitse-prezidenti və şirkətin prezidenti Bred Smit İngiltərə kralı III Çarlzın ev sahibliyi etdiyi ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri öncəsi bloq yazısı yazıb.

Məqalədə bildirilir ki, "Microsoft" 2025-ci ildən 2028-ci ilə qədər Böyük Britaniyada süni intellekt infrastrukturuna və davam edən əməliyyatlara 30 milyard dollar sərmayə qoyacaq.

Bunun İngiltərəyə bu günə qədər verilmiş ən böyük maliyyə öhdəliyi olduğuna diqqət çəkən məqalədə bu investisiya İngiltərənin bulud və süni intellekt infrastrukturunun yaradılması üçün 15 milyard dollarlıq kapital xərclərini də əhatə edir ifadəsi yer alıb.

Məqalədə bildirilirdi ki, bu sərmayə "Nscale" şirkəti ilə birgə 23 000-dən çox qabaqcıl qrafika emal vahidi olan ölkənin ən böyük superkompüterinin yaradılmasına imkan verəcək.

Məqalədə sözügedən sərmayənin Britaniya şirkətlərinin süni intellektə artan tələbatını ödəmək üçün "Microsoft" məlumat mərkəzinin əhatə dairəsini də genişləndirəcəyi, sərmayənin digər yarısının isə şirkətin bütün Böyük Britaniyada davam edən fəaliyyətlərinə dəstək olacağı bildirilib.

Seçilən
37
banco.az

1Mənbələr