AZ

İsraildən Suriyaya ŞOK TƏKLİF

İsrail Suriyaya 1979-cu ildə İsrail-Misir sülh razılaşmasına əsaslanacaq yeni təhlükəsizlik sazişi təklifi təqdim edib. SİA xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb. “İsrail Suriyaya yeni təhlükəsizlik sazişi üçün ətraflı təklif, o cümlədən Dəməşqin cənub-qərbindən İsraillə sərhədə qədər ərazinin xəritəsini təqdim edib", - mənbə bildirib. Sentyabrın 6-da məlum olub ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı Bir Əcəm və Breyqa yaşayış məntəqələrini radikallardan təmizləyib. Yaşayış məntəqələrinin təmizlənməsi İsrail PUA-larının pərdəsi altında həyata keçirilib. İsrail mütəmadi olaraq Suriyaya qoşun göndərir və yerli sakinlər dəfələrlə saxlanılıb.

Seçilən
6
2
sia.az

5Mənbələr