AZ

Bakıda təkər bazarı ərazisində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarıərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələriəraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altındatikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğumüəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermişyanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədədavtomobil ehtiyat hissələri satışı mağazasının damının taxtaatmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğındanmühafizə olunub.

Seçilən
33
43
az.trend.az

10Mənbələr