AZ

Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"

Qurban

"Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur".

Reyting.a
z xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya səfərdə 3-2 hesablı inamlı qələbədən sonra deyb.

O, bu qələbəyə görə futbolçuları təbrik edib: "Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində, bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Rəqib topla çox yaxşı rəftar etməyi bacarır. Oyundan əvvəlki mətbuat konfransında futbolçularımın çətinlik çəkəcəyini demişdim. Şükürlər olsun ki, qələbə qazandıq. "Benfika"ya qarşıdakı matçlarda uğurlar arzu edirəm.

Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çempionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik". 
Seçilən
40
17
reyting.az

10Mənbələr