I Liqada yarışan «Cəbrayıl»da məşqçi ayrılıqları baş verib.
Yayda komandanın sükanı arxasına gətirilən Bəxtiyar Sultanovun bütün köməkçiləri düşərgəni tərk edib.
Buna səbəb son məşq prosesində yaşanan xoşagəlməz hadisədir.
Belə ki, klubun rəhbəri Şahin Məmmədov hazırlıq prosesinin ardından meydançaya daxil olaraq, baş məşqçinin yardımçılarına etiraz bildirib.
O, məşqin keçirilmədiyini, hücumçuların az çalışdığını söyləyib və əlavə tapşırıqlar verib.
Məmmədovun onların işinə müdaxilə etməsindən narazı qalan məşqçilərin hamısı əşyalarını toplayaraq, kollektivlə sağollaşıb. Sultanovun özü isə hadisəyə seyrçi qalıb və rəhbər şəxsə heç nə deməyib.
SPORTİNFO.AZ