AZ

​"Qalatasaray" ulduz futbolçu ilə bağlı qərar verdi

"Qalatasaray" Mario Leminanı klubda saxlamaq istəyir. Metbuat.az xəbər verir ki, "Qalatasaray" yeni müqavilə imzalamaq üçün futbolçu ilə danışıqlara başlayıb. Məlumata görə, klub futbolçu ilə 1 illik yeni müqavilə imzalamaq istəyir. Yeni müqavilədə futbolçunun məvacibinin artırılması nəzərdə tutulub. Futbolçunun yeni müqaviləyə razılıq verə biləcəyi iddia edilir.

Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı ötən mövsümün fasiləsində heyətə cəlb edib. Futbolçu uğurlu oyunu ilə yadda qalıb.

Seçilən
73
metbuat.az

1Mənbələr