AZ

Maşın almaq istəyənlərə mühüm xəbər – Qiymətlər belə dəyişəcək

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 74 mindən çox avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizdən çoxdur. Əksəriyyəti minik avtomobilləri olsa da, elektriklə işləyən nəqliyyat vasitələrinin sayında da nəzərəçarpan artım müşahidə olunub.

Bu artım avtomobil bazarına necə təsir göstərəcək? Qiymətlər aşağı düşəcək, yoxsa əksinə, bahalaşma qaçılmazdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, təklifin artması qiymətlərin aşağı düşməsinə səbəb olur:

“Təklifin artması tələblə əlaqəlidir. Bu isə əhalinin sayı və gəlirlərinin yüksəlməsi ilə izah olunur. Bazar məhsul bolluğu yaranan zaman qiymətlər qiymətlər qismən enir. Digər tərəfdən təklif artdıqca satış həcmi aşağı düşür. Ümumilikdə, dolların bahalaşması idxal olunan avtomobillərin qiymətlərinə təsir göstərə bilər. Eyni zamanda, elektrik avtomobillərinin sayının artması da bazarda əhəmiyyətli rol oynayır. Onlara tələbin artması digər ikinci əl və yeni avtomobillərə olan tələbin azalmasına gətirib çıxara və nəticədə qiymətlərində enməyə yol aça bilər”.

İqtisadçı avtomobil idxalının artmasının səbəbini açıqlayıb:

“Avtomobil ticarəti digər biznes sahələri ilə müqayisədə daha asan həyata keçirilə bilir. Bu ticarətlə məşğul olmaq üçün xüsusi və ya dərin biliyə malik olmaq lazım deyil. Ona görə də biznesmenlər mövcud sahəyə maraq göstərir”.

Seçilən
6
1
konkret.az

2Mənbələr