AZ

Paşinyan Azərbaycanla sülhün institutlaşdırılmasına sadiqliyini bir daha təsdiqlədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün institusionallaşdırılmasının davamı üzərində işləməyə sadiq olduğunu bir daha təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Paşinyan öz "X" hesabında ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqton görüşü barədə paylaşımına münasibət bildirərkən yazıb.
"Bir daha sizə, Prezident Tramp, Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinizə görə minnətdarlığımı bildirirəm - daha əvvəl heç kim belə bir nailiyyət əldə etməmişdi. Mən sülhün institusionallaşdırılmasının davam etdirilməsi və TRIPP-nin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üzərində işləməyə sadiq olduğumu bir daha təsdiqləyirəm", - deyə Paşinyan bildirib.
Seçilən
29
1
oxu.az

3Mənbələr