AZ

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xankəndi şəhərinə və Xocalı rayonuna "Prezidentin izi ilə" ənənəvi media tur təşkil olunub. Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, media nümayəndələri ilkin olaraq Xocalı rayonun Şuşakənd kəndində olublar. Məlumat verilib ki, indiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.

 

Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
49
bizim.media

10Mənbələr