AZ

Təkər bazarı ərazisində yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə mətbuat xidmətindən verilən  məlumatda qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altında tikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasının damının taxta atmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb. Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğından mühafizə olunub.

Mustafa Kamal
XQ

Seçilən
22
43
xalqqazeti.az

10Mənbələr