AZ

Məktəbə gedən ana və iki övladını maşın vurub

Mingəçevirdə minik maşını məktəbə gedən ana və iki övladını vurub.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısındakı yolda baş verib.

"Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları -2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.

Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər 4 dəfə oxunub.
Seçilən
63
5
xezernews.az

7Mənbələr