AZ

Qurban Qurbanov: Belə qələbələr ölkəmizdə futbolu sevdirməyə təkan verir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Ümumiyyətlə mən həmişə demişəm ki, belə qələbələr ölkəmizdə futbolu sevdirməyə təkan verir".

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib

O bildirib ki, futbolçuları ilə belə mübariz oyun göstərdikləri üçün fəxr edir:

"Oyunun ilk dəqiqələrində stres olsa da, sonradan oyunu ələ ala bildik. Azərbaycan tarixində bir ilkə imza atmaq oyunçulara əlavə inam verdi. Klub olaraq bir az böyüdük".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Qarabağ" Lissabonda "Benfika" üzərində inamlı qələbə qazanıb - 3:2.

Murad Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr