AZ

Sumqayıtda DƏHŞƏT - Arvadını öldürdü, sonra da...

10:35 17.09.2025
10:35 17.09.2025

Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mynews.az xəbər verir ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


Seçilən
82
35
mynews.az

10Mənbələr