AZ

Estoniya Rusiya ilə sərhədi tamamilə bağlamağı təklif edir

Estoniya parlamentinə Rusiya ilə sərhədin tamamilə bağlanması haqqında qanun layihəsi təqdim olunub.

Müxalif İsamaa (Vətən) partiyasının fraksiyası Estoniya parlamentinə Rusiya ilə sərhədin tamamilə bağlanması haqqında qanun layihəsi təqdim edib. Bu barədə “İnterfaks” məlumat yayıb.

Müvəqqəti nəzarət xəttinin bağlanması qanun layihəsinə dair izahat qeydinə əsasən, risklərin azaldılması, gözlənilməz insidentlərin qarşısının alınması və sərhəd mühafizəsinin gücləndirilməsi yollarından biridir.

Estoniyalı deputatlar bildiriblər ki, son aylar təhlükəsizlik sahəsində baş verən hadisələr NATO-nun şərq cinahında vəziyyəti xeyli gərginləşdirib. Bu fonda Rusiya və Belarus əlavə risklər daşıyan irimiqyaslı “Zapad-2025” təlimləri təşkil edir.

Sənəddə həmçinin bildirilir ki, layihədə Estoniyanın Avropa İttifaqı və NATO ölkəsi kimi beynəlxalq öhdəlikləri nəzərə alınıb.

Əziz Mustafa

Seçilən
13
1
oxumeni.az

2Mənbələr