AZ

Tahir Gözəl: "Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərdi"

"Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib.

Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib: 

"Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq". 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Seçilən
43
4
demokrat.az

5Mənbələr