AZ

Fövqəladə hallar naziri Naftalanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhərinin, Goranboy və Xocalı rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı sentyabrın 18-də Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Seçilən
23
2
azertag.az

9Mənbələr