AZ

Azərbaycan 760 min ton buğda idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-avqust aylarında 163 milyon 501 min ABŞ dolları dəyərində 759 min 945 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 27,4%, miqdarı isə 31% artıb.

Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 128 milyon 361 min dollar, miqdarı isə 759 min 945 ton olub

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 215,1 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (221,3 dollar) ilə müqayisədə 2,8% və ya 6,2 dollar azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
8
1
banco.az

2Mənbələr