AZ

Avropanın Rusiyadan qaz idxalı 1999-cu il səviyyəsinə düşüb

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) ölkələri iyulda Rusiyadan ümumilikdə 995 milyon avro dəyərində boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz (LNG) alıb. “Eurostat”ın məlumatına görə, boru kəməri qazının idxalı 338 milyon avroya düşüb, bu, 1999-cu ilin payızından bəri ən aşağı aylıq səviyyədir. Bu azalma Ukrayna ərazisindən qaz axınının dayanması və Aİ-nin Rusiya enerjisindən tədricən uzaqlaşma strategiyası ilə əlaqələndirilib.

Hafta.az-ın yazdığına görə, həmin ay Rusiyadan ən çox qaz alan Aİ üzvləri Macarıstan (183 milyon avro) və Yunanıstandır (111 milyon avro). Sonrakı yerdə 34 milyon avro ilə Slovakiya gəlir.

Yanvar-iyul ayları üçün Aİ-nin qaz kəməri üzrə ümumi ödənişləri 3,2 milyard avro həcmində hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azdır. Macarıstan 1,7 milyard avroluq yanacaq satın alaraq, həmin dövrdə ən böyük alıcı olub. “Türk axını” hazırda Rusiya qazının Aİ-yə çatması üçün yeganə boru kəməridir. Qara dənizin altından keçən bu boru kəməri qazı Rusiyadan Türkiyəyə, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə daşıyır. Ukrayna tranziti dayandığı üçün Avropaya gələn Rusiya LNG-nin təxminən 19 faizi hazırda bu boru kəməri ilə çatdırılır. “Türk axını” ilə Aİ-yə qaz ixracının ilin əvvəlindən 7 faiz artdığı bildirilir.

Seçilən
35
hafta.az

1Mənbələr