AZ

Təkər bazarında yanğın olub – Video


Paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarı ərazisində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altında tikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasının damının taxta atmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Seçilən
23
43
yeniavaz.com

10Mənbələr