AZ

Bruno Lage “Qarabağ”a məğlubiyyətə görə qovuldu

“Benfika” “Qarabağ”a uduzduğu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Bruno Lage ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib. Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, “Qarabağ” səfərdə baş tutmuş bu oyunda 0:2 hesabıyla geri düşməsinə baxmayaraq, yekunda rəqibini 3:2 hesabı ilə üstələyib.

Bruno Lage 2024-cü ilin sentyabrından “Benfika”ya rəhbərlik edirdi. O, bu bir il ərzində sözügedən komandanı bütövlükdə 66 oyuna çıxarıb. Lissabon təmsilçisi bu görüşlərdə 46 qələbə, 9 heç-heçə və 11 məğlubiyyət görüb.

49 yaşlı portuqal mütəxəssis daha öncə də “Benfika”da məşqçi kimi çalışıb. O, 2018/2019-ci illər mövsümündə bu klubun B, 2019/2020-ci illər mövsümündə isə əsas komandasına rəhbərlik edib. Lage İngiltərənin “Vulverhempton” və Braziliyanın “Botafoqo” komandalarının da baş məşqçisi olub.

error: Məzmun qorunur!
Seçilən
31
21
arena.az

10Mənbələr