AZ

Elektrik və hibrid avtomobillərə gömrük güzəştinin müddəti uzadılsın - Təklif

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. 

Sabahinfo.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müvafiq qurumlarla müzakirə edib, məqsədə uyğun olarsa həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm", - deyə o qeyd edib.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib. 

Seçilən
13
8
sabahinfo.az

10Mənbələr