AZ

Azərbaycanın İsrailə yatırdığı 542,5 milyon dollar... Samir Nəsirov

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bu ilin I yarısında Azərbaycanın İsrailə yatırdığı 542,5 milyon ABŞ dolları investisiya Aralıq dənizində yerləşən İsrailin "Tamar" qaz yatağı layihəsi ilə bağlıdır". 

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib. 

Hesabat dövründə Azərbaycan xaricə 1,35 milyard ABŞ dolları birbaşa investisiya yönəldib.

Xatırladaq ki, bu il yanvarın 31-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Union Energy" şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 % payın alınması üçün müqavilə imzalayıb. İsrail sahillərində yerləşən "Tamar" yatağı regionun əsas təbii qaz təchizatçısıdır. O, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. "Tamar" layihəsinin operatoru ABŞ-nin "Chevron" şirkətidir(Report).

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
3
mia.az

4Mənbələr