AZ

Elektrik və hibrid avtomobillərin idxalına güzəşt uzadılacaq?

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

"Müvafiq qurumlarla müzakirə edib məqsədəuyğun olarsa, həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm", - deyə millət vəkili vurğulayıb.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklifini irəli sürüb.

Qeyd edək ki, 2026-cı ilin yanvarında elektrik və hibrid avtomobillərinə tətbiq edilən güzəştlərin müddəti bitir.

Milli.Az

Seçilən
81
8
milli.az

10Mənbələr