AZ

Daha bir maye qazdoldurma məntəqəsi bağlandı

Təhlükəsizlik tələbləri pozulmuş daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddəti bitmiş 1 ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib.

Seçilən
6
17
publika.az

10Mənbələr