AZ

Prezident İlham Əliyev Donald Trampa: Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm - FOTO

Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm.

Gundem.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rıəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Prezident Donald Tramp, TruthSocial hesabınızdakı xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişində və tarixi Vaşinqton Sammitinin keçirilməsində Sizin mühüm rolunuzu dərindən qiymətləndirirəm. Siz Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm", - dövlət başçısı paylaşımında qeyd edib.

 

Seçilən
8
5
gundem.az

6Mənbələr