AZ

Aeroportdakı taksi problemi həllini tapır?

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportundan üzü şəhər istiqamətinə mobil tətbiq vasitəsilə taksi sifarişlərində problem yaranmışdı. Hava limanına istənilən taksi ilə gəlmək olsa da, çıxışın yalnız ərazidəki taksilər vasitəsilə mümkünlüyü iddia olunurdu. 

“Qafqazinfo” xəbər verir ki, sərnişinlərin daha çox mobil tətbiq vasitəsilə sifariş etdikləri taksi operatorlarının aeroport ərazisinə buraxılmayacağı deyilirdi.

Yayılan iddialara aydınlıq gətirmək üçün hava limanına yollandıq. Məlum oldu ki, yaranan problem artıq aradan qalxıb və hazırda vətəndaşlar hava limanından “Yango” taksi şirkətinin mobil versiyası üzərindən günün istənilən vaxtı taksi sifariş verə bilərlər. “Yango”nun müştərilərə göstərdiyi xidmət yeni qaydalara uyğun tənzimlənir. Bu məqsədlə hava limanında taksi operatoru tərəfindən təzə, komfortlu avtomobillər və peşəkar sürücülər ayrılıb. Günorta saatları olsa da, operatora məxsus onlarla taksidən yalnız 3-ü ərazidə idi. 

Sürücülərin sözlərinə görə, hazırda hava limanından şəhərə gedən müştərilərə tətbiq vasitəsilə əvvəlkindən fərqli olaraq yalnız bir və daha keyfiyyətli – aeroport tarifi təklif olunur. 

Sürücü Tərlan Dadaşovun sözlərinə görə, son dəyişiklikdən sonra hava limanında xidmət keyfiyyəti artırılıb, üstün göstəriciləri olan sürücülər seçilib: “Bizim fəaliyyətimiz əvvəlki kimi davam edir. Şirkət tərəfindən yeni sistem tətbiq olunur. Aeroportda xidmət üçün sürücülük sertifikatı olan, imtahan, reytinq göstəriciləri yüksək olan, müəyyən dil biliklərinə malik sürücülər seçilib. Mən də onlardan biriyəm. 

Hazırda hava limanında müştəri sayı da çoxdur. Çünki Formula 1 ərəfəsidir, ölkəyə gələn qonaq sayı çox olduğuna görə sifarişlərimiz artıb. Müştərilərimizdən hələ ki, heç bir narazılıq gəlməyib. Yəqin xidmət yaxşıdır ki, narazılıq da yoxdur”. 

Sürücü deyir ki, iş sistem tərəfindən növbəli şəkildə təşkil olunur. Müştəri sayı isə günün ikinci yarısı və gecə saatlarında daha çox olur.  

Xidmətin daha çevik, rahat və əlçatan təşkili üçün aeroport ərazisində dispetçer mərkəzi də fəaliyyət göstərir. 

Dispetçer Gülnar Əhmədovanın sözlərinə görə, onlar taksi sifarişində çətinliklə üzləşən şəxslərə öz köməklərini təklif edirlər: “Hava limanında taksi çağırmaq istəyən, lakin “Yango” tətbiqi olmayan şəxslərə yaxınlaşaraq onlara köməklik edirik. Tətbiqi yükləyirik, taksi sifariş verməkdə yardımçı oluruq. Ümumilikdə taksi sayında bir az azalma olsa da, əvvəlki kimi fəaliyyət göstəririk”. 

Əsas prinsipləri sərnişin rahatlığı və operativ daşınma olan şirkət tərəfindən aeroport ərazisindən daşımalar həyata keçirilən zaman məsəfayə uyğun qiymət hesablanır. Aeroportdan daşımalar 5 AZN-dən başlayır. Ümumilikdə 3-25 km-ə qədər hər kilometrə görə 0.8 AZN, 26 və daha artıq kilometrə görə isə 0.70 AZN hesablanır. Məsələn, hava limanından “JW Marriott Absheron Baku” hotelinə səfər sərnişinə 23 AZN-ə başa gələcək. 

Qeyd edək ki, bir müddət əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportu ərazidə nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin həm işgüzar nüfuza mənfi təsir göstərdiyini, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaratdığını açıqlamışdı. Qeyd olunurdu ki, bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Həmçinin Aeroport bütün rəsmi taksi operatorlarına xidmət keyfiyyətini artırmaq və sərnişin məmnuniyyətini təmin etməklə bağlı çağırış etmişdi. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə aeroport ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə taksi şirkətləri ilə birgə əlavə tədbirlərin icrasına başladığını açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
qafqazinfo.az

2Mənbələr