AZ

“Qarabağ”a uduzandan sonra Maurinyonu çağırırlar “Benfika”nın yeni məşqçisi kim olacaq?

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Qarabağ”ın möhtəşəm qələbəsindən “silkələnən” Portuqaliyanın “Benfika” klubu baş məşqçi ilə yollarını ayıraraq, bu posta yeni mütəxəssis axtarışına çıxıb.

“AzPolitika” xəbər verir ki, xarici mediada “Benfika”nın yeni baş məşqçisi postuna namizədlər arasında ən çox Joze Maurinyonun adı hallanır. Artıq BBC bu barədə məlumat yayıb.

Məşhur italyan insayder Fabrizio Romano da Mourinyonun “Benfika” ilə danışıqlar apardığını bildirir. O, həmçinin qeyd edib ki, “yaxın zamanda müqavilə bağlana bilər”. Bu məsələnin şənbə gününə qədər həll olunacağı gözlənilir.

Klub prezidenti Rui Kosta isə ad çəkmədən deyib: "İnanıram ki, bu mövsümü təhlükəyə atmamaq üçün dəyişməyin vaxtı çatıb. Gələn şəxs (yeni məşqçi-red.) qalib məşqçi olmalıdır. Bu böyüklükdə bir klubu təmsil edən məşqçi bu komandanı lazımi səviyyəyə çatdırmağı və bizə arzuladığımız titulları verməyi bacarmalıdır".

Əgər Kosta bunları deyərkən Maurinyonu nəzərdə tutursa, son iş yeri olan “Fənərbağça”dan qovulan Maurinyo, son zamanlar qətiyyən “qalib məşqçi” tituluna uyğun gəlmir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
16
azpolitika.info

10Mənbələr