AZ

İTS xidmətlər zərfi GENİŞLƏNDİRİLƏCƏK RƏSMİ

ain.az bildirir, Baku.ws portalına istinadən.

Xidmətlər Zərfinə gələcəkdə bir sıra yeni tibbi xidmətlər əlavə ediləcək.

BAKU.WS-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, planlara əsasən, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlər üzrə yeni tibbi xidmətlərin əhatəsi genişlənəcək. Buraya kəsiksiz damar əməliyyatları, mürəkkəb travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi kompleks cərrahi prosedurlar daxildir.

Həmçinin ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin icbari tibbi sığorta hesabına mərhələli şəkildə qarşılanması da nəzərdə tutulur. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üçün dərman vasitələri əhatəyə daxil ediləcək, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar da sığorta çərçivəsinə əlavə olunacaq.

Beləliklə, icbari tibbi sığortanın əhatə dairəsi vətəndaşların sağlamlıq xidmətlərinə çıxışını daha da artıracaq.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
baku.ws

2Mənbələr