AZ

"Qarabağ" "Barselona"nın uğurunu təkrarladı

"Qarabağ" UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb və bu baxımdan İspaniya nəhəngi "Barselona"nın göstəricisini təkrarlayıb.

Milli.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi məlumatına əsasən, Portuqaliyanın "Benfika" klubu 2025-ci ilə qədər Çempionlar Liqasında iki top fərqi ilə öndə olduğu heç bir oyunu uduzmamışdı. Lakin bu il komanda ardıcıl iki dəfə belə məğlubiyyətlə üzləşib.

İlk dəfə ilin əvvəlində "Barselona" ilə keçirilən Liqa mərhələsinin VII turunda Lissabon təmsilçisi 4:2 hesabı ilə önə keçsə də, sonda 4:5 hesabı ilə məğlub olub.

Son analoji hadisə isə "Qarabağ"la oyunda yaşanıb. Ağdam klubu səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, meydan sahibləri matçın 30-cu dəqiqəsinədək 2:0 hesabı ilə üstünlüyü ələ almışdı.

Hüseyn
Milli.Az

Seçilən
38
2
milli.az

3Mənbələr